Buna çox güləcəksiniz - Bu oturacaq əyləşmək üçündür, yoxsa uzanmaq?! - VİDEO

19.06.2017 20:57

İndi sizə bir görüntü təqdim edəcəyik. Bu görüntü Bakıətrafı qəsəbələrdən birinə gedən yolun üstündə lentə alınıb. Daha doğrusu, dayanacaqda. Deməli, təsəvvür edin, dayanacaqda oturacaq var, ancaq ayaqları yoxdur. İndi bilmirsən bu oturacaq əyləşmək üçündür, yoxsa uzanmaq?!

Yol kənarına quraşdırılan dayanacağın oturacağı yer ilə bərabərdir. Bu maraqlı və gülməli görüntüləri "Xəzər Xəbər"in Vatsap nömrəsinə izləyicilərdən biri yollayıb.

Problemin səbəbini araşdırmaq üçün biz də həmin dayanacağın quraşdırıldığı əraziyə getdik. Məlum oldu ki, oturacaq uzun müddətdir bu vəziyyətdədir.

Sakinlərin dediklərinə görə, oturacaqların bu vəziyyətə düşməsinə səbəb yolun təmir olunmasıdır. Yəni yol əvvəllər bu qədər hündür olmayıb. Təmir olunduqdan sonra oturacaqlar toprağın altında qalıb.

"Azəryol" Açıq Səhmdar Cəmiyyəti isə dayanacaqların quraşdırılması və ya hansı vəziyyətdə olmasına cavabdehlik daşımadıqlarını bildirərək məsuliyyəti üzərindən atdı. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, dayanacaqlara ümumi cavabdehlik hələ ki agentliyə verilməyib. Agentlik hələlik yollara dayanacaq nişanlarının quraşdırılması ilə məşğuldur. Dayanacaqların ümumi vəziyyətindən Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq isə mümkün olmadı.


© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR