Süni intellektin inkişafı işsizliyə səbəb olacaq?

19.06.2017 16:16

Elm və texnologiyanın inkişafı robot sənayesini daha da aktuallaşdırır. Əslində texnologiyaların inkişafı insan əməyini yüngülləşdirir, həyatı daha rahat edir. Digər tərəfdən də süni intellektin inkişafı gələcəkdə işsizlik yarada bilər.

AZƏRTAC xəbər verir ki, Amerikadan və Böyük Britaniyadan olan bir qrup alim süni intellektlərin insan bacarıqlarını nə vaxt üstələyəcəyi barədə təhlil aparıblar. Tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində insanı əvəz edə biləcək. Onların təhlillərinə görə, 2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilə qədər mağaza satıcıları süni intellektlə əvəz olunacaq. Bundan başqa 2047-ci ildə yazıçılara, 2053-ci ildə cərrahlara ehtiyac qalmayacaq. Mütəxəssislərin 120 ildən sonra bütün sahələrdə kompüterlərin insanı əvəz edəcəyini proqnozlaşdırırlar. Lakin bunlar heç də həqiqət yox, alimlərin təxmin etdikləridir.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR