Xəzər Xəbər

Bu qış qazın təzyiqində problem olmayacaq - "Azəriqaz" söz verdi - VİDEO

Veb TV | 20:41 • 16 Noyabr 2018
Bu qış qazın təzyiqində problem olmayacaq -

Bu qış əhaliyə verilən qazın təzyiqində problem olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumat payız-qış mövsümünə hazırılıqla bağlı "Azəriqaz" İstehsalat Birliyində keçirilən mətbuat konfransında verilib. Bildirilib ki, bu il qazın normal təzyiqdə əhaliyə çatdırılması üçün Bakı şəhərində 133, regionlarda 364 kilomter qaz xətti təmir olunub.

Yeraltı anbarlara isə ötən ilə nisbətən 500 milyon kubmetr artıq qaz vurulub. Bu da əhalini normal təzyiqdə qazla təmin etməyə tam imkan verəcək. Qeyd edilib ki, bu il havalar tez soyuduğundan ayın əvvəlindən başlayaraq yeraltı anbarlardan qaz götürülərək əhaliyə paylanılıb. Ötən il isə yeraltı anbarlardan qazın götürülməsinə noyabrın 23-də başlanılmışdı.

Həmçinin bildirilib ki, bu il ölkədə 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib. İlin sonuna kimi isə ölkədə qazlaşdırılma 95,7%-ə çatdırılacaq.Yaxın vaxtlarda bütün mexaniki sayğaclar da smart-kart tipli sayğaclarla əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti