Xəzər Xəbər

Məktəblərə təhsil robotları paylanılır - VİDEO

Veb TV | 20:51 • 13 Noyabr 2018
Məktəblərə təhsil robotları paylanılır -

Paytaxt Bakı və bölgələrdə yerləşən orta məktəblərə təhsil robotları paylanılır. Bu ildən etibarən belə məktəblərin sayı artırılıb. Məqsəd təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırmaq və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsini təmin etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Danirmarka istehsalı olan robotlar informatika və fizika fənlərinin tədrisində istifadə edilir. Təhsil robotları verildikdən sonra fənn müəllimlərinə təlimlər keçirilib.

Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün kompüterdə verilən nümunələr əsasında primitiv proqram hazırlayırlar.

Şagirdlər robotları həm onlara təqdim edilən təlimatlara əsasən, həm də öz təxəyüllərinə uyğun hazırlaya bilərlər.

Növbəti illərdə təhsil robotlarının daha çox məktəbə paylanması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti