Xəzər Xəbər

Bakının iki küçəsində nəqliyyatın hərəkəti yenidən qurulur - VİDEO

Veb TV | 20:31 • 13 Noyabr 2018
Bakının iki küçəsində nəqliyyatın hərəkəti yenidən qurulur -

Günün pik saatlarında paytaxtın Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində tıxaclar yaranır. Bu problemi aradan qaldırmaq üçün işlərə başlanılıb. Həsənoğlu küçəsində yol genişləndirilir və zolaqların sayı artırılır. Təbriz küçəsində isə piyada zolaqları salınacaq.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlanılıb. Hazırlanan layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək. Sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq.

Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və bir zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, düzünə hərəkət edən nəqliyyat vasitələrinin də həmin hissədə hərəkət etmələri yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Bunu aradan qaldırmaq üçün həmin istiqamətdə zolaqların yeri dəyişdirilərək gediş üçün 3 zolaq təmin ediləcək.

Nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olan amillərdən biri də kəsişmənin Təbriz küçəsinə düşən hissələrində piyada keçidinin olmamasıdır.

İşlərin ən qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti