Xəzər Xəbər

Kürdəmirdə BƏDBƏXT HADİSƏ: 46 yaşlı kişi ağacın altında qaldı və...

Hadisə | 10:19 • 13 Noyabr 2018
Kürdəmirdə BƏDBƏXT HADİSƏ:

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Xəbər lenti