Xəzər Xəbər

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Dünya | 14:07 • 17 Oktyabr 2018
Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Ermənistan polisində ciddi narazılıq halları müşahidə olunur.



Ermənistanın "Qrapark” qəzetinin yazdığına görə əsas narazılıq polisin ilin 15 günü Azərbaycan-Ermənistan sərhədində əsgərlərlə birgə xidmət keçməsi ilə bağlıdır.



"Kifayət qədər rahat şəraitdə xidmət edən polislər Azərbaycanla sərhəddə keşik çəkmək yeniliyinə heç cür uyğunlaşa bilmirlər. Onlar təmas xəttinin ən təhlükəli postlarında yerləşdirilirlər”.



Qəzetin məlumatına görə, son aylarda onlarla polis əməkdaşı təmas xəttində xidmətdən yaxa qurtarmaq üçün istefa ərizəsi veriblər. Onların sayının günü-gündən daha da artdığı və narazılığın rəhbərliyə qədər çatdığı da qəzetin yazdığı məlumatlar arasındadır.

Xəbər lenti