Xəzər Xəbər

Kresloya qurulmuş bomba deputatı göyə sovurdu 3 ölü, 7 yaralı...

Dünya | 13:07 • 17 Oktyabr 2018
Kresloya qurulmuş bomba deputatı göyə sovurdu
Əfqanıstanda millət vəkili öldürülüb.

"Euronews” xəbər verir ki, Əfqanıstanın cənubundakı Helmand əyalətinin deputatı Əbdül Cabbar Qəhrəman sui-qəsd qurbanına çevrilib.

Helmand valiliyinin sözçüsü Ömər Zuvak millət vəkilinin ofisindəki oturacağına yerləşdirilmiş bombanın partlaması nəticəsində Qəhrəmanın öldüyünü açıqlayıb.

Hücum nəticəsində üç nəfər də ölüb, yeddisi isə yaralanıb.

Taliban rejimi hücumu öz üstünə götürüb./AzNews.az

Xəbər lenti