Xəzər Xəbər

Sürüşmə ərazisində pilotsuz uçuş aparatı ilə tədqiqat başlanıb

Cəmiyyət | 14:31 • 15 Oktyabr 2018
Sürüşmə ərazisində pilotsuz uçuş aparatı ilə tədqiqat başlanıb

Oktyabr ayının 12-dən 13-nə keçən gecə paytaxtın Badamdar - 20-ci sahəni birləşdirən Bayıl şossesində yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzi, akademiyanın Yüksək Texnologiyalar Parkı və Neft və Qaz İnstitutunun əməkdaşları bu ərazidə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə tədqiqat işlərinə başlayıblar.


AMEA-dan xezerxeber.az-a bildirilib ki, tədqiqatlar zamanı sürüşmənin ortofotoplanı, geomorfoloji üçölçülü modeli, sürüşmə aktivliyi, sürüşmə müstəvisi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.

Xəbər lenti