Xəzər Xəbər

Azərbaycanda ölünü məhkəməyə çağırdılar

Hadisə | 22:21 • 22 Sentyabr 2018
Azərbaycanda ölünü məhkəməyə çağırdılar

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

Baku.ws-ə bu barədə mərhumun oğlu Vüqar Əmirovun məlumat verib.

Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gəlsin:

"Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansıki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.

Atam həmin o sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.

Həmin o Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?”

Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb.

Xəbər lenti