Xəzər Xəbər

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Dünya | 23:25 • 19 Sentyabr 2018
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyanın Nijni Novqorod vilayətində MiQ-31 qırıcısı qəzaya uğrayıb.


Xezerxeber.az-ın məlumatına görə, təyyarə təlim uçuşu keçirərkən meşəlik əraziyə düşüb.


Təyyarədə olan iki pilot katapult edə bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Qeyd olunur ki, qəzaya texniki nasazlıq səbəb olub.

Xəbər lenti