Xəzər Xəbər

Azərbaycan neftçiləri peşə bayramlarını qeyd edib - VİDEO

Veb TV | 20:18 • 19 Sentyabr 2018
Azərbaycan neftçiləri peşə bayramlarını qeyd edib -

Neftin quyudan fontan vurması elektron qurğularla göstərilir. Azərbaycanın neft tarixi haqqında məlumat verilir, ölkəmizdə çıxarılan neft məhsullardan nümunələr göstərilir və əldə edilən uğurlardan bəhs edilir.

Xezerxeber.az bildirir ki, bütün bunlar ''Əsrin müqaviləsi''nin imzalanmasının 24 -cü ildönümü və ''Neftçilər günü'' münasibəti ilə Dövlət Neft Şirkətinin binasında açılan ''Azərbaycan Nefti'' ekspozisyasındandır.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev Cənub Qaz Dəhlizinin tikintisinin uğurla davam etdiyini bildirib.

Rövnəq Abdullayev görülməsi planlaşdırlan digər layihələr haqqında da danışıb.

Energetika naziri Pərviz Şahbazov isə "Əsrin müqaviləsi" haqqında geniş şəkildə məlumat verib və onun 2050-ci ilə qədər uzadılamsının ölkəmizə böyük faydalar verəcəyini qeyd edib.

Tədbirin sonunda "İlin ən yaxşısı'' nominasiyalarının qalibləri olan neftçilər mükafatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti