Xəzər Xəbər

Səyyar ev görənləri təəccübləndirir VİDEO

Veb TV | 20:58 • 19 Avqust 2018
Səyyar ev görənləri təəccübləndirir

Çarpayı, masa, soyuducu, mətbəx bütün bunlar hər hansı bir evdə yox avtomobildədir.

Uzun müddət Rusiyada işləyən vətəqaüdə çıxdıqdan sonra vətəninə qayıdan Zaqatala sakini Tərlan Hacımadayev uşaqlıq arzusunu reallaşdırıb. O, avtomobilin içində evdə lazım olan bütün şəraiti qurub. İndi avtomobilin içi bir evi xatırladır.

4 nəfərlik üçün dizayn edilmiş maşında hamam, tualet, soyuducu, su və elektrik qızıdrıcı da mövcuddur. Maşında istifadə olunan su arxada yerləşdirilmiş 400 litirlik çəndən əldə olunur. Ayrıca tullantı çirkab sular üçün dəəlavə 200 litirlik çən quruşdarılıb ki, ətraf mühit çirkləndirilməsin.Səyahət zamanı lazım olan bütün ləvazimat bu maşında mövcuddur.

Karavanda istifadə olunan 220 volt elektik enerjisi maşına yerləşdirilmiş əlavə cihazdan əldə olunur. İcarə üçün müraciət edənlər çox olsa da müsahibimiz bu maşını qazanc əldə etmək üçün yox ailəsi üçün hazarladığını deyir.Tərlan Hacımadayev iki aya ərsəyə gətirdiyi səyyar evlə ailəsi ilə birgə dünya turuna çıxmağı planlaşdırır.

Xəbər lenti