Xəzər Xəbər

Azərbaycanlılar Türkiyədən ev alışını artırdılar - Ev alarkən bunlara diqqət yetirin - VİDEO

Veb TV | 20:56 • 17 Avqust 2018
Azərbaycanlılar Türkiyədən ev alışını artırdılar -

Türk lirəsinin dollar qarşısında xeyli ucuzlaşması Türkiyədən ev almaq imkanlarını asanlaşdırıb. Milli valyutamız olan manatın lirəyə nisbətdə baha olması daşınmaz əmlak almaq üçün əlverişli fürsət yaradıb. Müşahidələr onu göstərir ki, son həftə ərzində Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Ekspertlər vətəndaşlara başqa ölkədən ev alarkən diqqətli olmalarını tövsiyə edirlər.

Türk lirəsi dollar qarşısında ucuzlaşması türkiyənin əmlak bazarında canlanma yaradıb. türkiyədə ev sahibi olmaq istəyən əcnəbilər mənzillərə böyük maraq göstəriri. Türkiyə Statistika Komitəsi məlumatına görə xarici ölkə vətəndaşlarına satılan mənzillərin sayı bu ilin yanvar-iyul aylarında 29,6 faiz artaraq 11 min 321-dən 14 min 674-ə çatıb. onların sırasında azərbaycanlılar da az deyil. belə ki, bu statistikaya görə ən çox mənzil sahibi olanlar Iraq, Iran, Rusiyadan və Azərbayan vətəndaşlarıdır. əcnəbilər əsasən istanbuldan ev almağa maraq göstərsələr də digər şəhərlərdən də evalanların sayı az deyil.

Ekpert deyirki, Türkiyədə mülk sahiblənən ailələrin çoxunun övladları bu ölkədə təhsil alanlardır.Türkiyəli əmlak eksperti qardaş ölkədən ev almaq istəyənlərə tikinti şirkətlərini ciddi araşdırmağı tövsiyə edib

Ekspert vurğulayıb ki, mənzillərin sənədlərini də diqqətdə saxlamaq lazımdır

Görünən odur ki, türkiyədən ev almaq istəyənlər evlərin ucuz olmasına aldanmamalı, hər bir detalı diqqətlə araşdırmalıdırlar.

Xəbər lenti