Xəzər Xəbər

Şəhid hərbçimizin medalı atasına təqdim edilib - VİDEO

Veb TV | 19:37 • 21 İyul 2018
Şəhid hərbçimizin medalı atasına təqdim edilib -

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu, əsgər Tatarov Adil Əli oğlu prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.


Xezerxeber.az-ın məlumatına görə, Ağstafada təşkil olunan mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Adil Tatarov Günnüt əməliyyatı zamanı qəhrəmancasına şəhid olub. Şəhid hərbçimiz müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə də təltif edilib. Düşməndən geri alınan zirvəyə də "Tatarlı" adı verilib. Bu dəfə isə o, prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Medal şəhidin atası Əli Tatarova təqdim edilib. Mərasim "bu gün gərək hər anımız vətən desin" şüari ilə keçirilən hərbi vətənpərvəlik ruhunda konsert proqramı ilə davam edib.


Xəbər lenti