Xəzər Xəbər

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Veb TV | 20:30 • 19 İyul 2018
Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb -

Kürdəmirdə həmyerlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Kürdəmir polisi keçirib. Rayon sakini Simuzər Bağıyeva polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bu il iyulun 7-dən 11-dək Bakı şəhərində olub. Yaşadığı ünvana qayıtdıqda isə görüb ki, evdə olan noutbuk və süvenir qılınc oğurlanıb.

Məhəmməd Məmmədov tutularaq istintaqa cəlb edilib.

Evdən oğurladığı noutbuk və süvenir qılınc da Məhəmməd Məmmədovun satdığı şəxslərdən alınaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti