Xəzər Xəbər

Ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü VİDEO

Veb TV | 17:59 • 25 İyun 2018
Ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü

Ağdaş rayonunda usta bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Ağdaş şəhəri ərazisində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Kamran Fazil oğlu Ağdaş şəhər sakini Qənizadə Gündüz Aşuralı oğlunun həyətində usta işləyərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, K.Abdullayev həyət qapısının üstünə şifer vurarkan şifer parçasını qapının üstünə yerləşdirmək üçün havada çevirmək istəyib. Bu vaxt şifer parçası qapının üstündən keçən 10 min voltluq hava xəttinə toxunub və ustanı elektrik enerjisi vurub öldürüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti