Xəzər Xəbər

Yol kənarında "yanacaq bazarı" Təhlükəli və zərərli - VİDEO

Veb TV | 20:58 • 21 İyun 2018
Yol kənarında "yanacaq bazarı"

Bəzi bölgələrdə yol kənarlarında plastik qablarda benzin və digər neft məhsulları satılır. Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən avtomobilin bəzi detallarını sıradan çıxara bilər. Mütəxəsislər sürücülərə saxlanma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin almağı tövsiyyə edirlər.

Yol kənarlarında plastik qablarda satılan benzin saatlarla günəş şüalarının altında qalır.

Bəzi bölgələrdə yol kənarlarında bu mənzərəni görmək mümkündür. Plastik qablarda satılan benzinin qiyməti nisbətən baha olsa da, xüsusilə də yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə buna tələbat var.

Benzin isə xüsusi depolarda deyil, nisbətən iri plastik qablarda saxlanılır. Bu isə təhlükəsizliklə bağlı ciddi suallar doğurur.

Mütəxəsislər isə uzun müddət birbaşa günəş altında qalan benzin və digər neft məhsullarının keyfiyyətinin zamanla aşağı düşdüyünü və avtomobilin mühərrik sisteminə ziyan vura biləcəyini deyirlər.

Dövlət Neft Şirkətinin mütəxəssisi Üzeyir Həbibbəyli deyir ki, qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. Və istər onun saxlanılma şəraitinə, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir.

Xəbər lenti