Xəzər Xəbər

Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq

Dünya | 11:34 • 20 İyun 2018
Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq

Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq.


Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.


Çavuşoğlu bildirib ki, ABŞ Konqresinin etirazına baxmayaraq, cümə axşamı günü ilk qırıcılar Türkiyəyə gələcək. Ümumilikdə 100 qırıcının ölkəyə gətirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, iyunun 18-də ABŞ Senatı 2019-cu il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib.

Xəbər lenti