Xəzər Xəbər

İsmayıllının 66 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib

Region | 17:20 • 19 İyun 2018
İsmayıllının 66 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib

İsmayıllı rayonunda iyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışlarının törətdiyi fəsadların aradan qaldırılması, dəyən zərərin miqyasının dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam edir.


Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü külək və leysan yağışları nəticəsində elektrik dirəklərinin aşması, məftillərin qırılması, transformatorlarda yaranan problemlər 66 yaşayış məntəqəsində elektrik enerjisi verilişinin dayanmasına səbəb olmuşdu. İyunun 19-dək artıq bütün kəndlərdə elektrik enerjisinin verilməsi bərpa edilib. Təbii fəlakət nəticəsində 20 kəndə su verilişi də dayandırılmışdı. Artıq təmir-bərpa işləri başa çatmaq üzrədir. Hazırda küçələrdə, həyətlərdə aşan ağaclar, yollardakı töküntülər təmizlənir.


Qeyd edək ki, yaradılan xüsusi komissiya fərdi evlərə, ümumiyyətlə, fərdi təsərrüfatlara dəyən zərərin öyrənilməsi və qiymətləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Xəbər lenti