Xəzər Xəbər

Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi

Dünya | 11:36 • 28 May 2018
Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi

Rəsmi Pekin ABŞ-a məxsus hərbi gəminin Cənub Çin dənizindəki Parasel adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.


Ria.ru xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib.


"ABŞ-ın "Higgins” esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb”, - deyə Çin rəsmisi bildirib.


Bundan əvvəl ABŞ-ın "Higgins” hərbi gəmisi rəsmi Pekinin Cənubi Çin dənizində öz maraq zonası saydığı mübahisəli adaların 12 mil (22 km) yaxınlığından keçib.


Qeyd edək ki, Cənubi Çin dənizindəki bir sıra adalara Çin, Filippin, Malayziya, Bruney və Vyetnam iddia edir. ABŞ rəsmi Pekini Cənub Çin dənizində süni adalar yaradaraq orada hərbi obyektlər inşa etməkdə ittiham edir.

Xəbər lenti