Xəzər Xəbər

Qaz sayğaclarına müdaxilə təhlükələrə yola aça bilər - "Azəriqaz"dan xəbərdarlıq - VİDEO

Veb TV | 19:16 • 26 May 2018
Qaz sayğaclarına müdaxilə təhlükələrə yola aça bilər -

Bəzən vətəndaşlar qaz sayğaclarının çıxışında olan tənzimləyiciləri çıxarır və yaxud da digər vasitələrə əl atırlar.

Xezerxeber.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyi isə vətandaşlara xəbərdarlıq edir.

Qeyd olunur ki, qaz cihazlarına quraşdırılmış tənzimləyicilərin özbaşına ləgv edilməsi istehlakçılar üçün ciddi təhlükələrə yol açır.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, qaz şəbəkəsinə bu cür müdaxilələr yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.

Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, həmin tənzimləyicilər xətdəki qazın stabilliyini təmin etmək məqsədi daşıyır. Bu cihazın çıxarılması və ya ona hər hansı bir müdaxilə qaz sızması ilə nəticələnən həyati təhlükələrə səbəb ola bilər.

İbrahim Kərbalayev deyir ki, hətta mənzilin daxilində qaz xətinin və cihazlarının yerdəyişməsini də özbaşına həyata keçirmək olmaz.

O bildirir ki, ümumiyyətlə, uşaqların və məlumatı olmayan şəxslərin təbii qazdan istifadəsinə icazə vermək olmaz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar