"Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq”.
XəzərXəbər xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə
görə, sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona
ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək.:
"Bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq. Digər layihə isə sahibkarla şəbəkənin qurulmasıdır".