Xəzər Xəbər

“Ekspo 2025” Ümumdünya Sərgisi: Bakının ev sahibliyi müzakirə olundu - VİDEO

Veb TV | 21:09 • 19 Aprel 2018
“Ekspo 2025” Ümumdünya Sərgisi:

Paytaxt Bakı 2025-ci ildə Beynəlxalq Ekspo Sərgisinə ev sahibliyi edə bilər. Bununla bağlı ölkəmizdə səfərdə olan Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyası öz işini yekunlaşdırıb. Missiyanın ilkin rəyi müsbətdir.

2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini qiymətləndirmək üçün ölkəmizdə olan Beynəlxalq sərgilər bürosunun qiymətləndirmə missiyası işini yekunlaşdırıb.

Bununla bağlı keçirilən tədbirdə I vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Maliyyə naziri vəzifəsini icra edən Samir Sərifov, Beynəlxalq Sərgilər Bürosu Icra Komitəsinin sədri Jai-chuil Choi və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov azərbaycanın uzun illərdir ki, ekspo hərəkatının üzvü olduğunu vurğulayıb. O "Ekspo 2025" Ümumdünya Sərgisinin Bakıda keçirilməsinin insan kapitalinin inkisafina mühüm töhfə verəcəyini vurgulayib.

Maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov bildirib ki qiymətləndirmə missiyasi Bakiya səfəri çərçivəsində bir sira görüsər keçirib. Sərginin keçiriləcəyi əraziyə bas çəkiblər və həmin ərazinin sərgidən sonra Azərbaycan xalqinin xeyrinə necə istifadə ediləcəyinə dair planla tanis olublar

Beynəlxalq Sərgilər Bürosu Icra Komitəsinin sədri Jai-chuil Choi qeyd edib ki Azərbaycana səfərlərinin məqsədi Bakının namizədlik potensiali ilə yaxından tanış olmaqdır.

Qeyd edək kı "Azərbaycanin "Expo 2025" ümumdünya sərgisinə ev sahibliyi etməsi ilə bagli maliyyə məsələlərinin dəqiqləsdirilməsi və ətrafli arasdirilmasi məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır.


 

Xəbər lenti