Xəzər Xəbər

Masallıda ikimərtəbəli ev külə döndü

Hadisə | 10:40 • 21 Mart 2018
Masallıda ikimərtəbəli ev külə döndü
Masallıda yanğın hadisəsi baş verib.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2 otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti