Sürücülər yol xərcini azalda, sərnişinlər isə ucuz qiymətə səfər elə bilərlər.
Bu, azərbaycanlı gənlərin qurduğu sayt hesabına mümkündür. Saytda qeydiyyatdan keçən istifadəçilər orada pulsuz elan yerləşdirə bilərlər.
Sayt 1 ilə yaxındır ki, fəaliyyət göstərir və mobil aplikasiyası da mövcuddur.
Gənclər bu saytdan istifadə sayəsində tıxacların da azala biləcəyini deyirlər.
İstifadəçilərin rahat ünsiyyət qura bilməsi üçün yaxın vaxtlarda sayta çat xidməti də əlavə ediləcək.