Xəzər Xəbər

Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir - VİDEO

Veb TV | 20:42 • 23 Fevral 2018
Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir -

"Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektivdir. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil".

Xezerxeber.az-ın məlumatına görə, rəsmi Bakının mövqeyini dilə gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin qiymətləndirilməsi tarixi həqiqətlərə əsaslanmır.

Hikmət Hacıyev, 1918-ci ildə Bakıda törədilən qırğınların arxasında da ermənilərin durduğunu, hətta Azərbaycan müstəqlik əldə etdikdən sonra torpaqlarımızı işğal etdiyini bunun üçün də Hollandiya parlamentinin qondarma "soyqrımı" əvəzinə bu tarixi faktları görməsinin vacib olduqunu bildirir.

Hikmət Hacıyevin sözlərində görə, Azərbyacanın bu məsələ ilə bağlı mövqeyi həm Niderland, həm də beynəlxalq ictimaiyyətin diqqətinə açıq formada çatdırılacaq. Diqqət çəkən bir digər məqam isə ondan ibarətdir ki, Hollandiya parlamentində qəbul olunan bu sənəd məhz Hollnadiya-Türkiyə münasibətlərinin korlandığı bir ərəfədə baş tutub. Yəni aydın görünür ki, qondarma "soyqırımı" qəbul edən digər ölkələr kimi Niderland da bunu Türkiyəyə qarşı bir təziq rıçağı kimi istifadə edir. Bu hal özü də bir daha sübut edir ki, əslində 1915-ci il hadisələrinin tarixi mahiyyəti yox, sırf siyasi əhəmiyyəti ilə gündəmdə saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti