Xəzər Xəbər

Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - VİDEO

Veb TV | 21:12 • 21 Fevral 2018
Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? -

Əldən-ələ keçən əskinas və metal pullar yoluxucu xəstəliklərin daşıyıcısıdır. Onlar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər. Bəs görəsən pullar dezinfeksiya olunurmu?

Xezerxeber.az-ın məlumatına görə, gün ərzində onlarla insana pul verib, pul alırıq. Əldən-ələ gəzən həmin pullar yoluxucu xəstəliklərin ən sürətli daşıyıcılarıdır.

Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Kəskin respirator virus infeksiyaları pula keçə bilir. Nəzərə alsaq ki, pullar dövriyyədən çıxana qədər minlərlə insanın əlindən keçir, məsələ daha da ciddiləşir.

Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyir ki, bunun qarşısını almaq üçün xüsusilə apteklərdə, xəstəxanalarda, bağçalarda və digər bu kimi yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, hazırda tədavüldə olan pullar ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti