Xəzər Xəbər

Əldə hazırlanan turşulara etibar etməyin - VİDEO

Veb TV | 20:53 • 21 Fevral 2018
Əldə hazırlanan turşulara etibar etməyin -

Ötən il 500-dən çox insan turşudan zəhərlənib və bunların hamısı evlərdə hazırlanan turşular səbəbindən baş verib. Xezerxeber.az-ın məlumatına görə, bu, əldə hazırlanan turşuların saxlanma müddəti məsələsini gündəmə gətirib.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin verdiyi məlumata görə zəhərlənən şəxslərdən 3 nəfəri isə həyatını itirib. Zavodlarda hazırlanan turşularda son istifadə tarixi qeyd olunsa da, əldə hazırlanan turşularda belə bir müddət yoxdur. Bu isə o deməkdir ki, bir neçə il qalan turşuların zəhərlənmələrə səbəb olma ehtimalı daha yüksəkdir.

Əldə hazırlanan turşu satışı ilə məşğul olanlar bildirir ki, bu müddət altı ayla bir ildən çox olmamalıdır.

Mütəxəssislər bildirir ki, əldə hazırlanan turşuları bir ildən çox müddətdə istifadə etmək çox böyük təhlükə yaradır.

Əldə hazırlanan turşuların zəhərlənməyə səbəb olmasında isə bir neçə faktor önəmli rol oynayır.

Onu da qeyd edək ki, Respublika Gigiyena və Epidemologiya Mərkəzi xəbərdarlıq edərək bildirir ki, əldə hazırlanan turşuların gigiyenik sertifikatı yoxdursa, onları almaq tövsiyə olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti