Xəzər Xəbər

Səməni bazarlarda satışa çıxarılıb - 10 manatdır - VİDEO

Veb TV | 20:52 • 21 Fevral 2018
Səməni bazarlarda satışa çıxarılıb -

Yazın gəlişini, təbiətin oyanmasını bildirən və Novruz bayramının simvolu sayılan səməni bazarlarda satışa çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, istixanalarda yetişdirilən səmənilərin ən ucuzu 50 qəpik, bahalısı isə 10 manatdir.

Satıcılar qeyd edirlər ki, səmənilər çərşənbəyə görə 2-3 gün əvvəl satışa çıxarılıb.

Satıcılar bildirirlər ki, səmənilər Bakıətrafı qəsəbələrdəki istixanalarda yetişdirilir.

Hələlik alıcı azdır. Yalnız çərşənbə günü 10-15 səməni sata biliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti