Xəzər Xəbər

Əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Cəmiyyət | 13:43 • 19 Fevral 2018
Əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Azərbaycanda tarif (vəzifə) maaşı ilə bərabər əmək haqqına əlavə, mükafat və işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olan digər ödənişlər işsizlikdən sığorta haqqına cəlb ediləcək.


Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və fevralın 17-dən qüvvəyə minən "İşsizlikdən sığorta üzrə rüblük hesabat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qeyd edək ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmindədir. (APA)

Xəbər lenti