Xəzər Xəbər

Suriyadan Türkiyə ərazisinə atılan raketlər nəticəsində 1 nəfər ölüb, 46 nəfər yaralanıb

Dünya | 08:19 • 22 Yanvar 2018
Suriyadan Türkiyə ərazisinə atılan raketlər nəticəsində 1 nəfər ölüb, 46 nəfər yaralanıb

Suriya ərazisindən Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsinə atılan raketlər nəticəsində 1 nəfər ölüb, 46 nəfər yaralanıb.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Suriya ərazisində raketlərin atıldığı məkanlar artıq Türkiyə ordusu tərəfindən məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı hərbi əməliyyata başlayıb.


Xəbər lenti