Xəzər Xəbər

Lombardlara inam azalıb - Buna səbəb girovun ucuz hesablanmasıdır - VİDEO

Veb TV | 20:57 • 18 Yanvar 2018
Lombardlara inam azalıb -

Son illər lombardların fəaliyyəti genişlənsə də, cəmiyyətdə onlara qarşı inam azalıb. Buna səbəb girovun dəyərindən qat-qat ucuz hesablanması və hətta kredit ödənilsə belə, girovun qaytarılmaması ehtimalıdır. Bəs görəsən bu, nə qədər düzgündür? Hüquqşünasların lombardlardan pul götürmək istəyənlərə tövsiyyələri var.

Girovun dəyərinin ucuz hesablanması və qızılın qaytarılmama ehtimalı cəmiyyətdə lombardlara olan inamı azaldıb. Buna səbəb lombardlarda vətəndaşların aldadılması faktlarının çox olmasıdır.

Lombard sahibləri isə özlərini sığortalamaq məqsədilə girovu ucuz hesabladıqlarını, qızılı geri qaytara bilmədikdə isə vətəndaşa qara bazar qiyməti ilə pul qaytardıqlarını bildirirlər. Qızıl yalnız vətəndaş ödənişi 1 ay 10 gün gecikdirərsə satıla bilər.

Hüquqşünaslar isə yalnız reputasiyası yüksək olan lombardlardan pul götürməyi tövsiyyə edir. Çünki kiçik və tanınmayan lombardların ləğv edilməsi və vətəndaşın aldadılması ehtimalı çox yüksəkdir. Bundan başqa, müqaviləni diqqətlə oxumaq və orada yazılanların dəqiqliyindən əmin olmaq da mütləqdir.

Lombardlar lisenziyasız fəaliyyət sahəsinə daxil olduğu üçün heç bir dövlət qurumuna hesabat vermirlər və fəaliyyət çərçivələrini də özləri müəyyən edirlər. Ona görə də bu kimi mübahisələrdən yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir.

Xəbər lenti