Xəzər Xəbər

Azərbaycanın suverenliyinin qarantı - Ümummilli lider Heydər Əliyevin anım günüdür - VİDEO

Veb TV | 20:45 • 12 Dekabr 2017
Azərbaycanın suverenliyinin qarantı - Ümummilli lider Heydər Əliyevin anım günüdür -

Bu gün müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu dahi insan yalnız Azərbaycanın müstəqilliyini və suverenliyini xilas etməklə kifayətlənmədi, həmçinin dövlətçiliyimizin bünövrəsini sağlamlaşdırdı, iqtisadi çiçəklənmənin əsasını qoydu və xüsusilə də insanların sabaha olan ümidlərini dirçəltdi.

Ümummilli lider Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. İlk ali təhsilini Naxçıvan pedeqoji texnikomunda alıb. 3 il Naxçıvan Xalq Daxili İşlər Komissarlığı və Naxçıvan Xalq Komissarları Sovetində işləyib. Sonra dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. 1967-ci ildən Azərbaycan SSSR-nin Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilərək Respublikanın rəhbəri olub. 1982-ci ilin dekabırında Sovet İttifaqı Kominist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü secilərək SSRİ Nazirlər Sovet sədrinin 1-ci müavini və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilın oktyabrında Sovet İttifaqı Kominist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixayıl Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyununda Azərbaycana qayıdan Heydər Əliyev Naxcıvanda yaşayıb. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991 - 1993-cü illərdə Naçıvan Muxtar Respublıkası Ali Məclisinin sədri, Azərbaycan Respublıkası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində Azərbaycan o zamankı rəhbərliyi Həydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. O, 1993-cü il iyunun 15- də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə prezidentin səlahiyyətlərini icra etməyə başlayıb.

O, 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə isə Azərbaycan Respublikasının prezidenti seçilib. Məhz bu dövrdən başlayaraq Azərbaycan onun rəhbərliyində növbəti inkişaf yoluna qədəm qoyub, müstəqil dövlət kimi formalaşmağa başlayıb. Əvvəl cəbhədə atəşkəs elan olunub, daxildə ictimai-siyasi sabitlik bərpa olunub və Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoyub. Hazırki güclü inkişaf edən Azərbaycanın bünövrəsini təşkil edən "Əsrin müqaviləsi" və "Bakı-Tbilisi-Ceyhan" kimi meqa layihələrin reallaşması da məhz ulu öndərin adı ilə bağlıdır. Neft strageyiyası başda olmaqla, onun apardığı iqtisadi islahatlar və birbaşa onun siyasi iradəsi və zəkasının təcəssümü olan tarixi qərarlar müasir, qüdrətli Azərbaycanın təməl daşlarını təşkil edir. Heydər Əliyev növbəti dəfə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu zaman kəsiyi isə Azərbaycanda iqtisadi uğurların davam etməsi və beynəlxalq arenada tanıdılması dövrü kimi yadda qalıb.

2003-cü ildən etibarən isə prezident İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Məhz Heydər Əliyev yoluna sadiq qalan Azərbaycan, günü-gündən qüdrətlənir, iqtisadi və siyasi cəhətdən inkişaf edərək beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.


Xəbər lenti