Xəzər Xəbər

"Brent" neftinin qiyməti 65 dolları keçdi 2015-ci ildən sonra İLK DƏFƏ

İqtisadiyyat | 10:10 • 12 Dekabr 2017
"Brent" neftinin qiyməti 65 dolları keçdi

"Brent” markalı neftin bir barrelinin qiyməti 2 il yarımdan sonra 65 dolları keçib.

XəzərXəbər xəbər verir ki, "Brent" neftinin qiyməti 2015-ci il iyunun 10-dan bu vaxtadək ilk dəfə 65 dollar/barreli ötüb. Qiymətin bahalaşmasına Şimal dənizindəki "Forties" boru kəməri sisteminin iki həftə ərzində təmirə dayandırılması səbəb olub.

Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,67 dollara alıcı axtarır.

Xəbər lenti