Xəzər Xəbər

Bakıda yeni “Tarqovı” salınacaq VİDEO

Veb TV | 20:59 • 23 Noyabr 2017
Bakıda yeni “Tarqovı” salınacaq

Paytaxtda həm turistlərin, həm də yerli sakinlərin istarhət edə biləcəyi yeni mərkəzlər salınacaq. Yeni mərkəzlər hamının ''Tarqovu'' kimi tanıdığı küçənin oxşarı olacaq. Buna səbəb hazır ki, ''tarqovuya'' maraqın böyük olmasıdır. Bəs görəsən yeni gəzinti məkanları şəhərin hansı ərəzilərində qurulacaq?

Bakıda 2-ci ''Tarqoviy'' salınacaq. Bakıya gələn turistlərin sayı artdıqca, şəhərin "Tarqovı" adlanan mərkəzi küçəsində (indiki Nizami küçəsi) sıxlıq müşahidə edilir. Turistlərin gəzintiyə çıxması üçün yeni mərkəzi küçələrin salınması təklif olunur.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə ötən il turistlərin sayında 12%-ə qədər artım qeydə alınıb. Yol xəritəsi bütün turizm sənayesi iştirakçılarının qarşısına turist sayını 2016-cı illə müqayisədə 2020-ci ildə 2 dəfə artırmağı tapşırıq kimi qoyub. Bakının əhalisini nəzərə alsaq, bu 15 milyon insan deməkdir. Bu səbəblə də hətta 3-cü gəzinti küçəsinin yaradılması planlaşdırılır.

Milli Turizm Təbliğat Bürosunun sözçüsü Kənan Quluzadənin sözlərinə görə mərkəzi univermağın yaxınlığında, Nizami küçəsinə aparan yolda yerləşən binaların tarixi əhəmiyyəti böyükdür. Layihəyə görə gəzinti mərkəzləri bilərəkdən hazırki Nizami Küçəsinə yaxın salınacaq. Onun sözlərinə görə, turistlər İçəri Şəhərə yaxın olan ərazilərə daha çox maraq göstərirlər.

Qeyd edək ki, hazırda müzakirələr gedir. İşlərə nəvaxtdan başlanılacağı hələ ki, məlum deyil.

Xəbər lenti