Xəzər Xəbər

Azərbaycanda bu da oldu: aparıcı canlı yayımda EVLİLİK TƏKLİF ETDİ - VİDEO

Veb TV | 20:59 • 22 Noyabr 2017
Azərbaycanda bu da oldu:

Qeyri-adi evlilik təklifləri haqqında çox xəbər vermişik. Bu dəfə isə canlı yayımda baş tutan evlilikdən söhbət açacağıq. Hörmətli tamaşaçılar televiziyamızın əməkdaşı, "Nuş olsun" verilişinin aparıcısı Ağakərim efir vaxtı öz sevgisini etiraf edib. Təfərrütları təqdim edirik.

Tanınmış aparıcı canlı yayımda evlilik təklifi etdi. Televiziyamızda yayımlanan "Nuş olsun" verilişinin bugünkü buraxılışında maraqlı anlar yaşanıb. Proqramın aparıcısı Ağakərim Əbülfəzoğlu canlı efirdə evlilik təklifi edib. O, "XəzərTV"də yayımlanan daha bir verlişin- "Oyan Azərbaycan"ın redaktoru olan Gülnar Məmmədovaya sevgisini etiraf edib.

Bir müddətdir ki, Ağakərimlə münasibət qurduğunu deyən Gülnar, qonaq olduğu verlişdə belə bir sürpirizlə qarşılaşacağını ağlından belə keçirməyib. O, həyəcandan dilinin söz tutmadığını etiraf edir.

1 ildir ki, Gülnardan xoşu gələn aparıcı öz ürəyini ona son 2 ayda açıb. Ağakərim üzüyü Gülnardan gizlətmək üçün soyuducuya qoyduğunu deyir.

Cültlük gələn ilin yayında toy etməyə hazırlaşırlar.

Canlı verlişin yayımlandığı studiyaya tanınmış müğənni və aparıcıların gəlməsi isə evlilik təklifini daha yaddaqalan edib.


Xəbər lenti