Xəzər Xəbər

Qatı duman sürücülərə çətin anlar yaşatdı - qəzaya düşənlər var - VİDEO

Veb TV | 18:52 • 18 Noyabr 2017
Qatı duman sürücülərə çətin anlar yaşatdı -

Qatı duman Bakı-Şamaxı yolunda sürücülərə çətinlik yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından etibarən yolda müşahidə olunan qatı duman axşam saatlarına qədər davam edib. Sürcülər ara məsafəsi saxlamqla aşağı sürətdə hərkət ediblər. Duman əsasən Bakı-Şamaxı yolunun qobustandan keçən hissəsində müşahidə olunub. Sözügedən ərazidə görmə məsafəsi 1 metirə qədər qısalıb. Bu səbəbdən qəza da baş verib.

Qobustan rayonu ərazisində Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi minik maşını yoldan çıxaraq beton piltəyə çırpılıb. Qəzada 2 nəfər xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti