Xəzər Xəbər

İlin ən yaxşıları müəyyənləşir

İdman | 17:58 • 23 Oktyabr 2017
İlin ən yaxşıları müəyyənləşir

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.

Tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrunda Kriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa) yarışır.


İlin ən yaxşı baş məşqçisi adına isə Zinəddin Zidan ("Real Madrid”, İspaniya) Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya) iddialıdır.

Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır: Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).

Xəbər lenti