Xəzər Xəbər

Saakaşvli Poroşenkonu məcbur etdi: İkinci geri addım

Dünya | 13:33 • 17 Oktyabr 2017
Saakaşvli Poroşenkonu məcbur etdi:

Ukrayna Prezidenti Petro Poroşenko Ali Radaya yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsində 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlığının qismən ləğvi təklif edilir.

Layihədə deputatın xüsusi hallarda toxunulmazlığının olmasının vacibliyi vurğulanıb: "Qanunda deputatların Ali Radanın razılığı olmadan istintaqa cəlbi və ya həbsi qadağan edilir”.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə Ali Radanın bınası önündə aksiya keçirməyi planlaşdırır. Deputatların toxunulmazlığının ləğvi Saakaşvili tərəfdarlarının tələblərindən biridir.

Bundan başqa, etirazçılar anti-korrupsiya məhkəməsinin yaradılması və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.

***

Ukrayna Prezidenti Petro Poroşenko Ali Rada önündə aksiya keçirən Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının daha bir istəyini yerinə yetirəcəyinə söz verib.

O, Ali Radaya Anti-korrupsiya məhkəməsinin yaradılması ilə bağlı işçi heyətinin formalaşdırılması təklifi göndərib.

Bununla bağlı Poroşenkonun Ali Radadakı təmsilçisi İrina Lutsenko məlumat verib./Teleqraf.com

Xəbər lenti