Xəzər Xəbər

Suriya İsrailə xəbərdarlıq etdi

Dünya | 11:58 • 17 Oktyabr 2017
Suriya İsrailə xəbərdarlıq etdi

Suriya ordusunun rəhbərliyi İsrail tərəfindən təcavüzün ciddi nəticələri olacağı ilə bağlı Təl-Əvivə xəbərdarlıq edib. SANA -ın məlumatına görə, bu barədə SƏR SQ-nin rəhbərliyi bəyanat verib.

Suriya hərbi qüvvələrinin məlumatına görə, bazar ertəsi günü, oktyabrın 16-da İsrail hərbi təyyarələr Livanla sərhəddə Suriyanın hava sərhəddini pozublar. Bundan əlavə İsrail Dəməşq əyalətində bir neçə raket atıb.

«Onlardan bəziləri Dəməşq əyalətində bir neçə hərbi mövqeyə düşüb», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, RF müdafiə naziri Serqey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşü zamanı Suriyada müharibənin sona yaxınlaşdığını bildirmişdi.

Xəbər lenti