Xəzər Xəbər

Hande Harmancıdan vaksinlə bağlı açıqlama VİDEO

Veb TV | 21:35 • 13 Yanvar 2021
Hande Harmancıdan vaksinlə bağlı açıqlama

Bütün şirkətlər istehsal etdikləri vaksinlər haqqında məlumatı paylaşmalıdırlar. Çünki nə qədər çox vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına daxil olsa, daha çox insan vaksindən istifadə edəcək. Təşkilatın Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, pandemiya üzərində qələbə qazanmağın yeganə yolu bu vaksinlərdən kütləvi şəkildə istifadə etməkdir.


İndiyə kimi 40-dan çox ölkədə Covid-19 vaksinlərindən istifadə edilməyə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatı 31 dekabrda Phiser-biontech vaksinini "təcili olan vaksinlər" sırasına daxil etdi. Hazırda daha iki vaksinin tərkibi də araşdırılır.


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, biz bütün istehsalçı şirkətləri istehsal etdikləri vaksinlər haqqında məlumatı paylaşmağa dəvət edirik. Çünki nə qədər çox vaksin bu siyahıya daxil olsa, o qədər çox insan sürətli şəkildə vaksindən istifadə edə biləcək.


Hande Harmancı deyib ki, pandemiya üzərində gözlə görünəcək nəticələr əldə etmək üçün bu vaksinlərdən kütləvi şəkildə istifadə edilməlidir.


Azərbaycan xalqının qaydalara əməl etdiyini deyən Hande Harmancı əlavə edib ki, bunun sayəsində son zamanlar ölkəmizdə həm virusa yoluxanların, həm də ölənlərin sayı kifayət qədər azalıb.




Xəbər lenti