Xəzər Xəbər

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs tutuldu VİDEO

Veb TV | 21:18 • 13 Yanvar 2021
Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs tutuldu

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, o başqa bir həmkəndlisini də işlə təmin edəcəyinə söz verərək aldadıb və 2400 manat pulunu mənimsəyib.


Şəhid ailəsinə qarşı dələduzluq edərək pul ələ keçirən şəxs saxlanıb.


Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli şəxs qismində, Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov tutulub.


Araşdırmalarla müəyyən edilib Mahal Qurbanovun dələduzluq əməli bununla bitmir. Belə ki, o ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək onu aldadıb və 2400 manat pulunu alıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər lenti