Xəzər Xəbər

Azərbaycan mediası üçün yeni dövr başlayır VİDEO

Veb TV | 21:02 • 13 Yanvar 2021
Azərbaycan mediası üçün yeni dövr başlayır

Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən Medianın İnkişafı Agentliyinin qarşısında bir sıra mühüm vəzifələr durur. Agentliyin əsas vəzifəsi ilk olaraq KİV-lərin müstəqil iqtisadi əsaslarını təşkil etməkdir. Həmçinin yeni qurum media nümayəndələrinin peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq media qurumları ilə qarşılıqlı informasiya mübadiləsinin təşkilini də həyata keçirəcək.


Medianın İnkişafı Agentliyinin yaradılması ilə Azərbaycan mediası üçün yeni dövr başlayır.


Yeni agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Media eksperti Arif Əliyev qurumun qarşısında üç əsas problemin həllinin dayandığını bildirir.


Arif Əliyevin sözlərinə görə, bənzər qurumlar bəzi ölkələrdə də mövcuddur. Burda əsas məsələ qurumun medianın inkişafı üçün hansı konsepsiyanı seçməsidir.


Arif Əliyevin sözlərinə görə, Azərbaycan mediası hazırkı dönəmdə dövlətin həyata keçirdiyi tədbirlərə daha adekvat cavab verməlidir. Media nümayəndələrinin də peşə inkişafı mütləq təmin edilməlidir.


Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə də malikdir. Həmçinin qurum reket jurnalistikanın və dezinformasiyaların yayılmasının qarşısını almaq üçün də ciddi işlər görməlidir.


Xəbər lenti