Xəzər Xəbər

Türkiyə və Pakistan Azərbaycana növbəti dəfə dəstək veriblər

Gündəm | 20:23 • 13 Yanvar 2021
Türkiyə və Pakistan Azərbaycana növbəti dəfə dəstək veriblər

Türkiyə və Pakistan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi məsələsində Azərbaycana növbəti dəfə dəstək veriblər.


Bu, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən üçtərəfli görüşün yekun bəyannaməsində əksini tapıb.


"Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar edirlər.


Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalırlar", - bəyannamədə vurğulanıb.

Xəbər lenti