Xəzər Xəbər

Martin Skrtelin müqaviləsi ləğv edildi

İdman | 16:34 • 13 Yanvar 2021
Martin Skrtelin müqaviləsi ləğv edildi

"Başakşəhər" futbolçusu Martin Skrtellə yollarını ayırıb.


XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə 36 yaşlı müdafiəçinin müqaviləsinə qaşılıqlı razılaşma əsasında xitam verilib.


Slovakiyalı oyunçu sol ayağından əməliyyat olunmuş və 6 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Bu səbəbdən müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə sözləşmə indidən ləğv edilib.


Qeyd edək ki, Skrtel 2019-cu ildən "Başakşəhər"də çıxış edirdi.

Xəbər lenti