Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artır

Dünya | 14:34 • 28 Noyabr 2020
Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artır

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 62 milyon nəfəri ötüb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, noyabrın 27-də daha 613 min 217 yoluxma halı aşkarlanıb, 10 min 820 koronavirus xəstəsi isə vəfat edib.


Saytın son məlumatına əsasən, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 62 milyon 76 min 272 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 451 min 238 nəfərə çatıb. Eyni zamanda, 42 milyon 870 min 191 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 755 min 43 xəstədən 105 min 237 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


ABŞ-da infeksiyaya yoluxanların sayı 13 milyon 454 min nəfərə çatıb. Hindistanda 9 milyon 351 min, Braziliyada 6 milyon 238 min, Rusiyada 2 milyon 242 min, Fransada 2 milyon 196 min yoluxma qeydə alınıb.


Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 271 min nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 171 min 998, Hindistanda 136 min 238, Meksikada 104 min 873, Böyük Britaniyada isə 57 min 551 nəfər həyatını itirib.


Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Xəbər lenti