Xəzər Xəbər

Bu ölkədə koronavirusa təkrar yoluxma halları artır

Dünya | 22:07 • 27 Noyabr 2020
Bu ölkədə koronavirusa təkrar yoluxma halları artır

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.


"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.


Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.


Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir./apa

Xəbər lenti