Xəzər Xəbər

Qarabağdakı toponimlərin bərpası istiqamətində işlər aparılacaq VİDEO

Veb TV | 20:21 • 27 Noyabr 2020
Qarabağdakı toponimlərin bərpası istiqamətində işlər aparılacaq

Ermənilər tarix boyu Azərbaycan xalqına qarşı yürütdükdükləri soyqırım və düşmənçilik siyasətini toponimlərimiz üzərində də həyata keçirməyə çalışıblar. Mənfur düşmən zaman-zaman tarixi torpaqlarımızın adlarını dəyişdirərək erməniləşdirmək niyyəti güdüblər. Təkcə işğal olunan torpaqlarda minə yaxın belə ad dəyişdirilib. Üstəlik axıcı və melodik adlarımızın tam əksinə, o qədər ahəngsiz və absurd adlardır ki. Məsələn Vəng ya Tsakuri. Cənab prezidentin təşəbbüsü və qərarı ilə artıq bir neçə ad dəyişdirilib. Suqovuşan, Çinarlı, Baharlı, Hünərli. Görün nə qədər gözəl səslənir və ruhumuzu oxşayır. İndi Milli Elmlər Akademiyasında bu proses uğurla davam etdirirlir.


Ermənilər işğal altında saxladığı müddətdə Qarabağda minə qədər toponimi saxta yolla erməniləşdiriblər.


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan xəzər xəbərə bildirilib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında demək olar ki, bütün toponimləri saxtalaşdırıblar. Dilçi alim, professor Qara Məşədiyev deyir ki, düşmən nəinki yaşayış məntəqələrini, ölkəmizə məxsus digər toponimlərin də izini silməyə çalışıblar.


Qarabağla yanaşı ermənilər Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqları olan toponimlərə də göz qoyublar.


Amma erməni tarixçiləri kimi onların dilçi alimləri də bisavad imiş. Çünki bəzi adları dəyişərkən, qədim türk mənşəli sözlərdən istifadə ediblər. Necə deyərlər, yanlış da bir naxışdır.


Artıq Dilçilik İnstitutu Tarix və Coğrafiya institutlarının mütəxəssisləri ilə birgə saxtalaşdırılmış toponimlərin sıyahısını hazırlayıb. Məsələ ilə bağlı komissiya yaradılıb və Qarabağdakı tarixi toponimlərin bərpa olunması istiqamətində işlər aparılacaq.



Ramil

Xəbər lenti