Xəzər Xəbər

Koronavirusun yeni fəsadı - Dişlər tökülür

Gündəm | 08:55 • 27 Noyabr 2020
Koronavirusun yeni fəsadı -

Bəzi şəxslər yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra dişlərindən məhrum olur.

Xezerxeber.az xəbər verir ki, bu barədə "New York Times” nəşri yazıb.

Qeyd olunub ki, yaşı 30-dan yuxarı olan şəxslərin 47 faizindən çoxu periodontal xəstəlikdən əziyyət çəkir. Bura infeksiyalar, diş ətlərinin və sümüklərinin iltihabı da daxildir.

Periodontal xəstəlik diş ətlərinin ciddi bakterial infeksiyasıdır ki, müalicə olunmadığı təqdirdə dişlərinizi dəstəkləyən diş ətlərini, ligamentləri və sümükləri məhv edir və diş itkisinə səbəb olur.

Nəşr əlavə edib ki, COVID-19-a yoluxan şəxslərin çoxunun dişləri səbəbsiz yerə tökülüb.

Həkimlər hesab edir ki, dişlərin qansız tökülməsi qeyri-adidir. Onlar hesab edir ki, infeksiya diş ətindəki damarlarda ciddi fəsadlar törədə bilir.

Xəbər lenti